...

Bakıda qadın mənzilində ölmüş vəziyyətdə tapılıb

Hadisə Materials 25 May 2014 22:04 (UTC +04:00)
Bakıda qadın mənzilində ölmüş vəziyyətdə tapılıb.
Bakıda qadın mənzilində ölmüş vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Bakıda qadın mənzilində ölmüş vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1947-ci il təvəllüdlü Dosiyeva Gülbahar Nemət qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən Gülbahar Dosiyeva huşsuz vəziyyətdə və 1 nəfər fiziki qüsurlu (görmə, eşitmə və danışma qabiliyyəti olmayan) şəxs aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Gülbahar Dosiyevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi və fiziki qüsurlü şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti