...

Şəmkirdə zəncirvari qəza baş verib, 5 nəfər ölüb və 10 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 16 İyun 2014 10:42 (UTC +04:00)
Şəmkirin Kür qəsəbəsindən əsas yola çıxan “VAZ 2107” Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes”in qarşısına çıxıb.
Şəmkirdə zəncirvari qəza baş verib, 5 nəfər ölüb və 10 nəfər yaralanıb (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Şəmkirin Kür qəsəbəsindən əsas yola çıxan "VAZ 2107" Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes"in qarşısına çıxıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə hər iki avtomobil toqquşub.

Mikroavtobusla toqquşmadan sonra "VAZ" yolun qarşı tərəfindən gələn "Opel"lə toqquşub. "Opel"də ölənlərdən biri hamilə qadın olub.

Baş vermiş qəza zamanı ölənlərdən 3 nəfərin və yaralananların kimliyi bəlli olub. Bunlar - 8 yaşlı Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır.

Yaralılar isə 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov (TTV-nin əməkdaşı).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti