...

Sumqayıtda avtomobil aşıb, ölən və yaralananlar var

Hadisə Materials 5 İyul 2014 14:11 (UTC +04:00)
E.Abdullayevin sərnişinlərindən - anası Sevinc və qardaşının arvadı Nişanə Abdullayeva hadisə yerində ölüb, özü və digər sərnişini - qardaşı Hümbət xəstəxanaya yerləşdiriliblər.
Sumqayıtda avtomobil aşıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Emil Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

E.Abdullayevin sərnişinlərindən - anası Sevinc və qardaşının arvadı Nişanə Abdullayeva hadisə yerində ölüb, özü və digər sərnişini - qardaşı Hümbət xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti