...

Bakıda avtomobil aşıb, sürücü ölüb

Hadisə Materials 9 İyul 2014 10:35 (UTC +04:00)
Bakıda avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Bakıda avtomobil aşıb, sürücü ölüb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobilin aşması nəticəsində bir nəfər ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 8-i saat 03:30 radələrində, Xəzər rayonu Qala-Zirə yolunda qəsəbə sakini 1987-ci il təvəllüdlü Anar Hüseynov idarə etdiyi "Opel-Vektra" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə A.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Şamo Gözəlov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti