...

Bakıda 62 yaşlı kişi evində ölü tapılıb

Hadisə Materials 21 İyul 2014 16:02 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Blesun Valeriy Vasilyeviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bakıda 62 yaşlı kişi evində ölü tapılıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 62 yaşlı kişi evində ölü tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Blesun Valeriy Vasilyeviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Vasilyeviçin öldüyü müəyyən edilib. Əməliyyat saat 13:11-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti