...

Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub

Hadisə Materials 28 İyul 2014 02:22 (UTC +04:00)
Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub.
Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Bağlı qapı arxasında qalmış şəxs yatmış vəziyyətdə aşkar olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 18-ci mərtəbədə qonşu mənzilin eyvanindan 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti