Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə xüsusi xidməti İraqda girovların azad edilməsi əməliyyatı zamanı bir əməkdaşını itirib. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Hüriyyət" qəzetinə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, Türkiyə xüsusi xidmətinin əməkdaşı "İslam Dövləti"nin yaraqlıları tərəfindən öldürülüb.
İyunun 19-da İraqın Mosul şəhərində "İslam Dövləti" terror təşkilatı tərəfindən girov götürülən 49 türk diplomatı Türkiyə kəşfiyyatının (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində azad edilib. Əməliyyatın detalları açıqlanmasa da, ölkə kəşfiyyatının buna uzun müddət hazırlaşdığı qeyd edilir.Məlumata görə, girovların azad edilməsi üçün Türkiyə terrorçulara heç bir vəsait ödəməyib və onların heç bir şərti yerinə
Sentyabrın 20-də girovlar Vətənə qayıdıblar.