...

Sumqayıtda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb

Hadisə Materials 25 Sentyabr 2014 13:20 (UTC +04:00)
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda avtomobil aşıb, sürücünün həyat yoldaşı ölüb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fərzəli Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobili aşırıb. Qəza nəticəsində F.Əliyevin sərnişini - arvadı Gülurə hadisə yerində ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti