...

Türkiyədə növbəti mədən qəzası: dağıntılar altında 23 nəfər var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Oktyabr 2014 16:20 (UTC +04:00)
Türkiyənin Karaman vilayətindəki kömür mədənində uçqun baş verib.
Türkiyədə növbəti mədən qəzası: dağıntılar altında 23 nəfər var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Karaman vilayətindəki kömür mədənində uçqun baş verib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dağıntılar altında 23 nəfər qalıb.

Hazırda 8 nəfərin xilas edildiyi bildirilir.

Telekanalın məlumatına görə, energetika və təbii sərvətlər naziri Taner Yıldız və nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfü Əlvan hadisə yerinə yola düşüblər.

Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki "İşıqlar" mədənində yanğın baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti