...

Tovuzda bir ailənin 7 üzvü zəhərlənib

Hadisə Materials 29 Oktyabr 2014 13:48 (UTC +04:00)
Tovuz Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti ağırdır. Digər zərərçəkənlərin vəziyyəti isə hazırda normaldır.
Tovuzda bir ailənin 7 üzvü zəhərlənib

Azərbaycanm, Bakı, 29 oktyabr /Trend/

Tovuzda zəhərlənmə hadisəsi baş verib. Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakinləri Xəqani Yusifov, həyat yoldaşı və 5 uşağı pomidor turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Tovuz Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti ağırdır. Digər zərərçəkənlərin vəziyyəti isə hazırda normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti