...

Türkiyədə kömür mədənində dağıntılar altından işçilərin hamısının cəsədləri çıxarılıb

Hadisə Materials 4 Dekabr 2014 12:58 (UTC +04:00)
Türkiyənin Karaman vilayətinin Ermenek şəhərindəki kömür mədənində dağıntılar altından işçilərin hamısının cəsədləri çıxarılıb.
Türkiyədə kömür mədənində dağıntılar altından işçilərin hamısının cəsədləri çıxarılıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Karaman vilayətinin Ermenek şəhərindəki kömür mədənində dağıntılar altından işçilərin hamısının cəsədləri çıxarılıb. Bu barədə cümə axşamı Trend "Anadolu" agentliyinə istinadən xəbər verib.

Qeyd edək ki, oktyabrın 28-də Ermenek şəhərindəki mədəndə uçqun baş vermişdi. Hadisədən sonra mədən ərazisinə su dolmuşdu. Qəza zamanı mədəndə təqribən 40 işçi olub. Onlardan çoxu xilas edilib.

Noyabrın 18-də altı mədən işçisinin cəsədi aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti