...

Cinayətkarın ifşasına özünü Bakıda şübhəli aparması səbəb olub

Hadisə Materials 8 Dekabr 2014 13:30 (UTC +04:00)
Bakıda şübhəli gəzən oğrunun üzərindən silah-sursat götürülüb.
Cinayətkarın ifşasına özünü Bakıda şübhəli aparması səbəb olub

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda şübhəli gəzən oğrunun üzərindən silah-sursat götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölüyü, 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 7-də saat 20:00 radələrində, N.Tusi küçəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Fəxri Şirinzadə özünü şübhəli apardığı üçün üzərinə baxış keçirilib.

Onun üzərindən qeydiyyat nömrəsi silinmiş "Naqan" tipli tapança və iki ədəd patron aşkar olunaraq götürülüb.

Şübhəli şəxs ətrafında keçirilən ilkin araşdırmalar zamanı müəyyən edilib ki, F.Şirinzadə dekabrın 6-na keçən gecə N.Tusi küçəsində Bakı şəhər sakini Habil Həsənova məxsus məxsus mağazanı talayaraq ərzaq məhsulları oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti