...

Milli xarakiri - son 3 gündə yol qəzalarında 7 nəfər ölüb, 19 nəfər yaralanıb

Hadisə Materials 2 Fevral 2015 14:24 (UTC +04:00)
Son 3 gündə Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.
Milli xarakiri - son 3 gündə yol qəzalarında 7 nəfər ölüb, 19 nəfər yaralanıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Son 3 gündə Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, yanvarın 30-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yanvarın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi olub, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Fevralın 1-də isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti