...

Xocəsəndə avtomobil aşıb, ölən və yaralanan var

Hadisə Materials 4 Fevral 2015 13:03 (UTC +04:00)
Abşeron rayonu ərazisində “Mitsubishi” markalı avtomobil aşıb.
Xocəsəndə avtomobil aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonu ərazisində "Mitsubishi" markalı avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Gədəbəy rayon sakini Allahverdi Əsgərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Nəticədə A.Əsgərov hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti