...

Kişi qeyri-rəsmi arvadı ilə mübahisədə qonşusunu bıçaqlayıb

Hadisə Materials 19 Fevral 2015 14:38 (UTC +04:00)
Münaqişə zəminində Daşkəsən şəhər sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Kişi qeyri-rəsmi arvadı ilə mübahisədə qonşusunu bıçaqlayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

Münaqişə zəminində Daşkəsən şəhər sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 18-də Daşkəsən şəhər sakini Əfqan Abdullayev qeyri-rəsmi nikah münasibətlərində olduğu Nailə Cəfərovanın yaşadığı mənzildə olarkən aralarında mübahisə baş verib. Səs-küyə gəlmiş qonşuları Ziyad Alıyev onları sakitləşdirməyə cəhd göstərib, bu zaman Ə.Abdullayev Z.Alıyevə bıçaqla xəsarət yetirib.

Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti