Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/
Qazax rayonununda yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 20-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndində kənd sakini İlqar Hacıyev idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.