...

Dəm qazı qurbanlarının sayı 2 nəfər də artdı

Hadisə Materials 24 Fevral 2015 13:55 (UTC +04:00)
Azərbaycanda daha 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Dəm qazı qurbanlarının sayı 2 nəfər də artdı

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda daha 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də Nəsimi rayonu ərazisində yaşayan Nuranə İbadova, Binəqədi rayonu ərazisində yaşayan Orxan Cabbarov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti