Azərbaycan, Bakı, 28 mart / Trend
Türkiyənin Bursa vilayətində 6 azərbaycanlı dəm qazından zəhərlənib, bir nəfər ölüb. Bu barədə Trend Türkiyənin Bursahakimiyet qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, Telman Əhmədov, Cumali Əhmədov, nGünəş Əhmədov, Sevgi Əhmədova, Səltənət Əhmədoğlu, Mələk Əhmədoğlu dəm qazından zəhərləniblər. Digər azərbaycanlı 31 yaşlı Tərlan Əhmədov isə dəm qazından zəhərlənərək ölüb.
Məlumata əsasən, hazırda dəm qazından zəhərlənmiş 6 azərbaycanlı xəstəxanaya yerləşdiriliblər.
Xəstələrin vəziyyəti qənaətbəxşdir.