Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yevlax şəhəri, Varvara su anbarı ərazisində 1 nəfər rezin qayıqla qadağan olunmuş əraziyə daxil olub.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalamış və aidiyyəti üzrə təhvil veriblər.