Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlkin İzzət/
İrandan narkotik vasitə gətirən azərbaycanlı qadın tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.