...

Tailandda 2500 məhbus üsyan etdi, yaralılar var

Hadisə Materials 8 İyun 2015 15:23 (UTC +04:00)
Tailandın Sonkqla həbsxanasında 2500 məhbus üsyan edib.
Tailandda 2500 məhbus üsyan etdi, yaralılar var

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Tailandın Sonkqla həbsxanasında 2500 məhbus üsyan edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb həbsxana administrasiyasının məhbusların şəxsi əşyalarının əlavə təftişi ilə bağlı qərarı olub.

Qeyd edək ki, həbsxana 2 min nəfər üçün nəzərdə tutulsa da, orada 2500 məhbus saxlanılır.

Üsyan polis və hərbçilər tərəfindən yatırılıb. İnsident zamanı iki məhbus yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti