Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elmir Murad/
Oğuzda yanğın hadisəsi baş verib. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun kənd bələdiyyəsinə məxsus ərazisində kol-kos və 15 ha sahədə ağaclıq yanaraq yararsız ahala düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğnın meşə zolağına keçməsinə imkan vferməyib. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırlır.