...

Yardımlıda avtomobil aşıb - 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 21 Sentyabr 2015 13:37 (UTC +04:00)
Yardımlı rayonunda avtomobil aşıb, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Yardımlıda avtomobil aşıb - 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlkin İzzət/

Yardımlı rayonunda avtomobil aşıb, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 19 radələrində Yardımlı rayonunun Honuba kəndində rayon sakini Vüqar Rəsulov idarə etdiyi "VAZ-21213" markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişin İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti