Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Qusar rayon mərkəzində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan ikimərtəbəli məişət avadanlıqlarının təmiri sexində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sexin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.