Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda sexdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində tezalışan yağlar və avtomobil ehtiyyat hissələri 170 kv.m sahədə yanıb.
Hadisə yerinə gələn Yanğından Mühafizə xidmətinin əməkdaşlarının səyləri sayəsində sexə bitişik digər əraziləri yanğından mühafizə etmək mümkün olub.