Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xubyarlı kəndində rayon sakinləri Qeyrət Muradovun idarə etdiyi "Mercedes" və Həsən Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub.
Qəzanın baş verməsi nəticəsində H.Hüseynov və sərnişini Əlizamin Abayev ölüb, Q.Muradov və onun sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.