Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/
Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy artıq saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.
Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
x x x
Güllələnərək Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilən Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovun vəziyyəti qənatəbəxşdir.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Hospitalının Cərrahiyə şöbəsinin rəisi Fəxrəddin Nəbiyev deyib. Onun sözlərinə görə, İ.Bayramov hazırda Hospitalın Travmatalogiya şöbəsində müalicə olunur.