...

Göygöl rayonu ərazisində avtoqəza olub

Hadisə Materials 1 Noyabr 2015 12:12 (UTC +04:00)
Bu gün Qazax-Bakı magistral yolunda yol qəzası baş verib.
Göygöl rayonu ərazisində avtoqəza olub

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün Qazax-Bakı magistral yolunda yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol qəzası magistral yolun 127-ci kilometrliyində, Göygöl rayonu ərazisində "2107" markalı avtomobil yoldakı dəmir maneələrə çırpılıb.

Təcili-tibbi yardım maşını hadisə yerindədir, DYP əməkdaşları cəlb olunub.

Hadisənin baş verməsinin ilkin səbəbləri kimi yüksək sürət həddi və yağmurlu hava şəraiti göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti