Bakı. Trend:
Saxta əsginas satan paytaxt sakini saxlanılıb
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23 min rubl saxta əsginas satdığını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılib. İ.Qasımovdan 5 min rubl saxta əsginas götürülüb.