...

Qayınatası və qayınanasını öldürən ömürlük məhbus intihar etdi

Hadisə Materials 4 Fevral 2016 10:19 (UTC +04:00)
Qobustan həbsxanasında cəzasını çəkən ömürlük məhbus intihar edib.
Qayınatası və qayınanasını öldürən ömürlük məhbus intihar etdi

Bakı. Samir Əli - Trend:

Qobustan həbsxanasında cəzasını çəkən ömürlük məhbus intihar edib.

Bu barədə Trend-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildrilir ki, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asıb.

Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Ş.İbrahimov 2014-cü ildə Goranboyda qayınatası və qayınanasını xüsusi amansızlıqla qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti