...

Tovuzda mənzildə yanğın baş verib, iki nəfər zəhərlənib

Hadisə Materials 3 Mart 2016 02:05 (UTC +04:00)
​Tovuzda mənzildə yanğın baş verib.
Tovuzda mənzildə yanğın baş verib, iki nəfər zəhərlənib

Bakı. Trend:

Tovuzda mənzildə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Tovuz rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 10 kv.m sahədə yanmışdır.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş və aidiyyəti üzrə təhvil verilmişdir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 23:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti