Bakı. Trend:
Ağcabədidə elektrik naqili oğurlayan şəxslər saxlanılıb.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də rayon sakini Firdovsi Həsənova məxsus həyətyanı sahədən 27 metr elektrik naqili oğurlamış həmyerliləri Şamil Quliyev və Elvin Qasımov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 15 nəfərə məxsus həyətyanı sahələrdən oğurluq etmələri də müəyyən edilib.