...

Paytaxtda restoranda yanğın olub

Hadisə Materials 24 Mart 2016 15:08 (UTC +04:00)
Paytaxtda restoranda yanğın baş verib.
Paytaxtda restoranda yanğın olub

Bakı. Trend:

Paytaxtda restoranda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ÇİNAR" restoranının havalandırma sisteminin mühərrikinin sarğıları qismən yanıb.

Yanğından restoran binası mühafizə olunub.

Yanğın saat 11:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti