Bakı. Trend:
Ötən gün respublikanın ayrı-ayrı şəhərlərində çox sayda silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və 2 ədəd patron götürülüb.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də rayonun Yenikənd kənd sakini Abdulbağı Qubadovun evinə baxış zamanı nömrəsi silinmiş "Makarov" markalı tapança, patron darağı, tapança kaburası, müvafiq sənədləri olmayan "İJ-43M" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Sumqayıt şəhəri ərazisində isə qazıntı işləri aparılan zaman oradan "TOZ-8" markalı tüfəng, "AK" markalı silaha aid patron darağı və 700 ədəd patron tapılıb.