...

Bursada partlayışda yaralananların sayı 20-ə çatdı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Aprel 2016 00:06 (UTC +04:00)
Türkiyənin Bursa şəhərindəki "Ulu Cami" məscidinin qarşısında partlayış olub.
Bursada partlayışda yaralananların sayı 20-ə çatdı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 20:42-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Bursa şəhərindəki "Ulu Cami" məscidinin qarşısında partlayış olub.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Hadisənin yerli vaxtla 17:26-da baş verdiyi bildirilir.

Bursa administrasiyasının məlumatına görə, patlayış terrorçu-intiharçı tərəfindən törədilib.

Ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib ki, terrorçunun cəsədi 25 yaşlı qadına məxsusdur.

"DİN intiharçının kimliyini müəyyən edir və onun bağlı ola biləcəyi qurumlar haqqında məlumat toplayır", deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti