Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək həbs edilən Əlif Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Ramazanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Ramazanov ötən il oğurluq etməkdə təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.