...

Gömrükdə narkotik vasitələr aşkar edildi

Hadisə Materials 13 May 2016 12:17 (UTC +04:00)
Ümumilikdə avtomobildən 7 bükümdə ümumi xalis çəkisi 3,21 olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Gömrükdə narkotik vasitələr aşkar edildi

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn 2 nəfər Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdrıma zamanı həmin şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna gəldikləri və postun qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını bildiriblər.

Avtomobilə baxış keçirilməzdən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız bükümdə narkotik maddə - marixuana olduğunu deyib. Bundan sonra həmin avtomobilə Biləsuvar Gömrük İdarəsinin "Buç" ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi xalis çəkisi 3,21 qr olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti