...

Sabunçuda yanan mazutlu sahə evləri də yandırıb

Hadisə Materials 18 Avqust 2016 19:59 (UTC +04:00)
Sabunçu rayonunda yol kənarında mazutlu sahədə yanğın baş verib.
Sabunçuda yanan mazutlu sahə evləri də yandırıb

Bakı. Trend:

Sabunçu rayonunda yol kənarında mazutlu sahədə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yol kənarında 350 m² sahədə mazutlu sahə, vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının mətbəxinin yanar konstruksiyaları 35 m², digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 1 mərtəbəli 3 otaqlı evin dam örtüyü və tavanı 3 m² sahədə yanıb.

Yanğından evlərin qalan hissələri mühafizə olunub.

Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti