Bakı. Trend:
ABŞ-ın Qərbi Virciniya ştatında kimya müəssisəsində xlor sızması baş verib, bir neçə yaşayış məntəqələrində təxliyə elan edilib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə yerində mütəxəssislər və xilasedicilər işləyir. Sızmanın qarşısı alınıb. Ən azı zavodun yeddi işçisi xəsarət alıb.