...

Qazaxda yol qəzasında idarə rəisi öldü, bələdiyyə sədri yaralandı (YENİLƏNİB)

Hadisə Materials 1 Oktyabr 2016 11:37 (UTC +04:00)
Qazaxda "Mercedes" aşaraq yanıb.
Qazaxda yol qəzasında idarə rəisi öldü, bələdiyyə sədri yaralandı (YENİLƏNİB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 05:52-də yayılıb)

Bakı. Trend:

Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

Trend "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, nəticədə maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır.

Onun sərnişini 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

X X X

05:52

Qazaxda "Mercedes" aşaraq yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonun Çaylı kəndi ərazisində "Mercedes " markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alıb, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilıb.

Əməliyyat saat 23:09-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti