...

Bakıda yaşayış binasında elektrik sayğacları yanıb

Hadisə Materials 18 Dekabr 2016 10:23 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda “ANT MMC” tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

Digər elektrik lövhəsində 15 ədəd sayğac yanğından mühafizə olunub.

Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti