...

"Muğanbank" təkzib edir: "Mənimsəməmişik"

Hadisə Materials 3 Mart 2017 16:04 (UTC +04:00)
“Muğanbank” ASC Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun bankda əmanətlərinin olmadığını bəyan edib.
"Muğanbank" təkzib edir: "Mənimsəməmişik"

Bakı. Trend:

“Muğanbank” ASC Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun bankda əmanətlərinin olmadığını bəyan edib.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, A.Məmmədov, V.Eyvazov və E.İsmixanovun “Muğanbank” ASC-nin “Dostluq” filialında nəinki əmanət, ümumiyyətlə, heç bir hesabı yoxdur və olmayıb:

"Hər bir vətəndaş banka gəlib istənilən xidmətdən (kommunal ödənişlər, pul köçürmələri və s.) istifadə edə bilər və bu zaman müşahidə kameralarına da düşə bilər. Bu zaman məsul şəxslərin və işçilərin öz iş yerlərində olub vəzifələrini icra etmələri normal haldır.

"Muğanbank"dan Baş prokurora şikayət edildi: 184 min dollara yaxın pul mənimsənilib

"Muğanbank"dan Baş prokurora şikayət edildi: 184 min dollara yaxın pul mənimsənilib

Hər hansı bir vətəndaşın “Muğanbank” ASC-nin “Dostluq” filialının keçmiş xəzinədarı Azad Əliyevlə şəxsi münasibətləri və əlaqələri olubsa, bunun banka aidiyyəti yoxdur və bank buna görə heç bir məsuliyyət daşımır".

Xatırladaq ki, bundan əvvəl Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanov Azərbaycanda fəaliyyət göstərən "Muğanbank" ASC-dən Baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə qeyd olunub ki, "Muğanbank" ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti