...

İsmayıllıda inkubator sexi yanıb - ev quşları tələf olub

Hadisə Materials 26 Aprel 2017 09:42 (UTC +04:00)
İsmayıllı rayonunda sexdə yanğın olub, ev quşları tələf olub.
İsmayıllıda inkubator sexi yanıb - ev quşları tələf olub

Trend-i buradan izləyin

Bakı. Trend:

İsmayıllı rayonunda sexdə yanğın olub, ev quşları tələf olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 25 m2 sahədə yanıb və içərisində olan ev quşları tüstüdən boğularaq tələf olub.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti