...

Bakıda ağır yol qəzası baş verib

Hadisə Materials 25 May 2017 22:19 (UTC +04:00)
Bakıda yol-nəqliyyat qəzası baş verib
Bakıda ağır yol qəzası baş verib

Bakı. Trend:

Bakıda yol-nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 19:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti