...

Telefonları avtomobildə gizlətsə də, ələ keçdi

Hadisə Materials 6 İyun 2017 10:57 (UTC +04:00)
Avtomobilin oturacaqlarında gizlədilən 6 ədəd mobil telefon aşkar edilib.
Telefonları avtomobildə gizlətsə də, ələ keçdi

Bakı. Trend:

Avtomobilin oturacaqlarında gizlədilən 6 ədəd mobil telefon aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime" 2 ədəd "Samsung Galaxy J5 prime" və 2 ədəd "Samsung Grand J3 " markalı mobil telefonar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti