Bakı. Trend:
Bakıda lombarda basqın edən dəstə üzvü həbs edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub.
Bildirilir ki, onun həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.