...

"QAZel"dən yıxılan İmişli sakini həyatını itirdi

Hadisə Materials 4 İyul 2017 12:29 (UTC +04:00)
İmişli rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
"QAZel"dən yıxılan İmişli sakini həyatını itirdi

Bakı. Trend:

İmişli rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də İmişli rayonunun Boşçallar kəndində kənd sakini Taleh Süleymanovun idarə etdiyi "QAZel" markalı avtomobilin yük yerində olan sərnişini, həmkəndlisi Qərib Qocayev ehtiyatsızlığı nəticəsində yıxılıb.

Q.Qocayev hadisə yerində ölüb. İmişli RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti