Bakı. Trend:
Beyləqan rayonunda inzibati binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 350 m2 olan birmərtəbəli 11 otaqlı fəaliyyət göstərməyən inzibati binanın 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 84 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.