Bakı. Trend:
Paytaxtda "Mercedes" yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.