...

Gəncədə "VAZ"la motosiklet toqquşdu, yaralanan var

Hadisə Materials 1 Avqust 2017 01:17 (UTC +04:00)
Gəncə şəhərində yol qəzası olub
Gəncədə "VAZ"la motosiklet toqquşdu, yaralanan var

Bakı. Trend:

Gəncə şəhərində yol qəzası olub.

Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, Şah İsmayıl Xətai prospektində şəhər sakini 40 yaşlı Vahid Məlikovun idarə etdiyi motosikleti arxadan gələn “VAZ 2106” markalı avtomobil vurub. Qəza zamanı motosikletin sürücüsü müxtəlif bədən xəsarəti alıb.

Yaralıya hadisə yerində tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti